Ölkə müxalifəti baş nazirin və Nazirlər Kabinetinin tərkibinin müəyyən olunmasına dair prezidentin sərəncamlarına tənqidi münasibət bəsləyir.

Müsavat başqanı İsa Qəmbər musavat.com-a deyib ki, bu dəyişiklikləri təhlil edib, partiyanın rəsmi münasibətini bəyan edəcəklər. Hələliksə ilk təəssürat budur ki, hakimiyyətin hansısa ciddi dəyişikliklər etməyə iradəsi yoxdur. Həyata keçirilən dəyişikliklər sistemdaxili xarakter daşıyır; heç bir qlobal və islahat əhəmiyyəti yoxdur. Görünən budur ki, İlham Əliyev iqtidarını daha da təmərküzləşdirir.