Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova oktyabrın 21-də başlayan məhkəmə prosesində bir sıra sərt bəyanatlarla çıxış edib. G.Əhmədova ABŞ-ı və ATƏT-i ittiham edərək deyib:
"ABŞ Dövlət Departamenti və ATƏT öz hesabatlarında məni cinayətkar adlandırıb. Məhkəmə qərarı olmadan nə haqla cinayətkar adlandırılmışam?”.
Gunxeber.com bu məsələ ilə bağlı mövqe öyrənmək üçün ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirliyin mətbuat xidmətindən bununla bağlı suallara qısaca cavab verilib. Səfirliyin mətbuat xidməti bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu deyib: "Biz bu prosedura şərh vermək niyyətində deyilik. Bu məhkəmənin səlahiyyətində olan məsələdi, məhkəmə qərar verə bilər”.