Bu gün 100-dən çox sumqayıtlı sahibkar Sumqayıt Şəhər İcra Hakimiyyətinin qabağında dinc aksiya keçirir. İnzibati binanın qarşısı polislər tərəfindən əhatəyə alınıb. 

Hadisə yerində olan birlik.az saytının baş redaktoru Vüsal Hətəmov xəbər verir ki, icra hakimiyyətinin müavini sahibkarlarla danışıq aparsa da, sahibkarlar onlara inanmadıqlarını bildirir. Qeyd edək ki, iki gün bundan qabaq Sumqayıtda Karvan ticarət mərkəzi yanaraq kül olub. 3 mindədn çox sahibkarın dükanı yanmış, sahibkarların dediklərinə görə, 30 000 dollardan tutmuş, yarım milyon dollara qədər ziyan çəkmiş sahibkarlar var./birlik.az/


fotolar xeberle.com