Yanğın nəticəsində ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət kompleksinin ərazisində yerləşən 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) mərtəbəli "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları təxminən 20000 kv.m sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 2500 kv.m sahədə və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 1200 kv.m sahədə (ümumi təxminən 23700 kv.m) yanıb. Ticarət mərkəzinin qalan hissəsi və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.
Yanğın zamanı xilasedicilər yanğınsöndürənlərin xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata keçirmiş, vətəndaşlar təhlükəsiz məsafəyə uzaqlaşdırılmışdır. Həmçinin, xilasedicilər tüstüdən zəhərlənmiş 16 nəfər vətəndaşı hadisə yerinə cəlb olunmuş Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;