MSK sədri Məzahir Pənahov bu saata olan nəticələri açıqladı. Onun sözlərinə görə, köçkünlərlə bağlı problem olduğuna görə, səsvermənin yekun nəticələri hələ açıqlanmayıb: "Köçkün məntəqələrindən rəsmi protokollar MSK-ya çatdırılmadığına görə, biz hələ rəsmi rəqəmlər səsləndirə bilmirik. Biz əslində telefonla oradakı nəticələri bilirik, amma protokollardan sonra bu rəqəmləri açıqlayacağıq. Bu rəqəmlər, adətən, indiki rəqəmlərdən o qədər də fərqlənmir".

5492 məntəqənin 5466-da protokollar MSK-ya təqdim olunub. Seçkilrədə 3 milyon 723 min 544 nəfər seçkilərdə iştirak edib. Bu ölkə əhalisinin 72, 1 faizini təşkil edir.

M. Pənahov həmçinin bildirdi ki, səsvermə baş tutub. İndiyə olan nəticələr isə belədir:

İlham Əliyev- 84, 54 faizi
Cəmil Həsənli- 5, 54
 İqbal Ağazadə -2,38
Qüdrət Həsənquliyev-1, 98
Zahid Oruc-1,4
İlyas İsmayılov- 0,9
Hafiz Hacıyev- 0, 66 faiz
Sərdar Cəlaloğlu- 0, 61

 Beləliklə hazırkı prezident İlham Əliyev liderliyini sürdürür.