Oktyabrın 9-da Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Viktor Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər.