Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik edib.

Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib: "Prezident seçkilərində qalib gəlmiş İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. Prezidentliyə namizəd olmuş bütün şəxsləri xalqın seçiminə hörmət edərək seçkilərin nəticələrini tanımağa və Azərbaycana düşmən kəsilmiş qüvvələr tərəfindən növbəti dəfə xalqımıza və dövlətimizə qarşı istifadə olunmalarına imkan verməməyə çağırıram”.