Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 17.00-a olan nəticələri açıqlayıb.
APA-nın məlumatına görə, MSK sədri Katibliyinin "Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 17.00-a olan məlumata görə, seçicilərin 3 439 629 nəfəri səsvermədə iştirak edib.
Ölkə üzrə ümumi seçici fəallığı isə 66,85 faiz təşkil edib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.
MSK: "3 439 629 nəfəri səs verib"
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08