Şəkidə seçki məntəqələrində saxtakarlıq və "karusel” əməliyyatı davam etdirilir. Şəkidəki mənbəmizdən aldığımız məlumata görə, "karusel" əməliyyatlarında həm Şəki şəhərində yerləşən hərbi hissələrdəki daxili qoşunlar və sərhəd qoşunlarının əsgərlərindən istifadə edirlər. Həmçinin texnikum və Müəllimlər İnstitutunun Şəki filialının tələbələri də seçki saxtakarlığına cəlb edilib.  

Xəbər verilib ki, 5 saylı orta məktəbdə yerləşən 16 saylı məntəqədə müxalifətin Hüseyn Həsənov adlı müşahidəçisi məntəqədən çıxarılıb. Səbəb isə saat 09:30-da və 09:50-də məntəqənin sədri Məlahət xanımı bülleten atan yerdə görüb və ona irad tutması olub. Həmin xanım da hay-küy salaraq ona böhtan atıldığını bildirib və YAP-ın müşahidəçilərinin vasitəsi ilə H.Həsənov barəsində akt tərtib olunub və o, məntəqədən çıxarılıb.
17 saylı orta məktəbdə yerləşən məntəqəyə Şəkinin kəndlərindən də bir neçə maşın adam gətirilib. Əslində şəkinin kəndlərinə 114 ya da 115- ci dairə baxır. Bu şəxslər həmin dairələrdə səs verməlidirlər. Ancaq şəhərə gətiriblər.

musavat.com