Zərdabda sabah keçiriləcək prezident seçkiləri ilə bağlı biabırçı hadisə yaşanıb. Belə ki, 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyası tərəfindən 3 il əvvəl dünyasını dəyişmiş şəxsin adına bildiriş göndərilib.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, DSK-dan rayonun B.Allahverdiyev küçəsi ev 14-də qeydiyyatda olmuş ölmüş, 3 il əvvəl isə dünyasını dəyişmiş Səlim Kərim oğlu Kərimovun adına bildiriş yazılıb: «Bildirişdə ölmüş şəxsə «səsverməyə gələrkən şəxsiyyət vəsiqənizi və ya ona əvəz edən sənədi özünüzlə götürməyi unutmayın» ifadəsi də yazılıb.

 Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb.