Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, bu gün Azərbaycanda 4461 nəfər koronavirus testindən keçirilib

Bununla da yoxlamadan keçənlərin ümumni sayı 193411 nəfər çatıb.

Məlumatda o da bildirilib ki, hazırda ölkədə aktiv müalicə olunan  837 xəstə var: "Onlardan 20-i reanimasiyada müalicə olunur, 9-u isə süni nəfəs aparatına qoşulub".