“Önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı karantin rejiminin yumşaldılması qərarı verilə bilər”.
Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqindəı deyib:
O bildirib ki, bu məsələ gündəmdədir: "Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Bununla bağlı Operativ Qərargah qərar verəcək”.