İsraildə koronavirusa yoluxanların sayı 16 409 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 63 yeni yoluxma, 6 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 245-ə çatıb. İndiyədək 11 007 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.