Fransada sürətli qatarı ilə hərbi yük maşını toqquşub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəza səhər saatlarında Fransanın şimalındakı Pas-de-Kale əyalətindəki Betyun və Lens şəhərləri arasında baş verib.
Məlumata görə, toqquşma nəticəsində qatar sürücüsü ölüb, 13 sərnişin xəsarət alıb: “Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır”.
Qəzanın səbəbi ilə bağlı araşdırma başlayıb.
Firudin Səfərli
MİA.AZ