Koronavirusla əlaqədar Britaniyada kafe və restoranlar iyula qədər açılmayacaq.

Bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab deyib.

"Britaniyalılar iyulun 4-dək bərbərxanalarda saçlarını kəsdirə, restoranlardada nahar edə və pivəxanalara baş çəkə bilməyəcəklər", - deyə nazir bildirib.

XİN başçısı Britaniya vətəndaşlarını bu il yay tətilini xarici ölkələrdə keçirməyi təxirə salmağa çağırıb/APA.