Ermənistan silahlı qüvvələrində 20-yə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan mayın 8-də bildirib.

Onun sözlərinə görə, risk zonasında olan şəxsi heyət evdə (kazarmada) qalır.

Nazir deyib ki, infeksiya daşıyıcıları Yerevana yaxın hərbi hissələrdə qeydə alınıb.

Qeyd edək ki, Ermənistanda 3 029 nəfər koronavirusa yoluxub, 43 pasiyent isə ölüb/Report