Bu gün prezidentliyə namizədlər sayca doqquzuncu dəfə İTV-də canlı debatda olublar. MIA həmin debatı təqdim edir:
Xatırladaq ki, qeydə alınan prezidentliyə namizədlər aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev
2. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə
3. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev
5. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
6. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
7. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev
8. "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli
9. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov
10. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.