"Mən AXCP-də heç bir vəzifə barədə düşünmürəm. Partiyaya sıravi üzv kimi qəbul olunmaq barədə müraciət etmişəm”. 

Mia.az xəbər verir ki bunu aznews.az-a açıqlamasında bu gün AXCP-yə üzv olduğunu bəyan edən və hazırda mühacirətdə olan polkovnik İsa Sadıqov bildirib. Onun sözlərinə görə, onu partiyada heç bir vəzifə maraqlandırmır: "Məni heç bir vəzifə maraqlandırmır. Partiyanın sıravi üzvü olmaq üçün müraciət etmişəm. Partiya sədri Əli Kərimli ilə müraciət barədə ümumiyyətlə müzakirə aparmamışam, ancaq müraciətimi göndərmişəm. Bu mənim qərarım və arzumdur”.