Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 29-na olan statistik göstəriciləri açıqlayıb.

Mia.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 765 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 137 379 test aparılıb.