Ermənistanda daha 65 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 932-yə yüksəlib.

Məlumata görə, ölkədə virusdan ümumilikdə 30 nəfər ölüb/Report.