Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb. 

Mia.az  xəbər verir ki, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə  İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Quliyev 2005-ci ildən Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır. Bu gün onun 60 yaşı tamam olur.