Azərbaycan Respublikasında 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib:

"485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir".