Belarusda koronavirusa son sutkada 817 yeni yoluxma hadisəsi qeydə alınıb.

TASS xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, yoluxanların ümumi sayı 9 590-a çatıb. Ölkə üzrə 67 pasiyent virusun qurbanı olub.

Məlumata görə, 1 573 nəfər infeksiyadan sağalıb. Belarus üzrə 139 295 test keçirilib/Report.