Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə M. Saakaşvili özü bu gün “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüşdən öncə açıqlama verib.

“Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, - deyə M.Saakaşvili deyib.

Bir neçə gün öncə Zelenski Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib.