"Bu yaxınlarda Rusiyadan Azərbaycana qayıdan 548 nəfər arasında ciddi yoluxma faktları aşkarı etmişik".
Mia.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, həmin şəxslər karantin rejimində saxlanılacaq: "Bu fakt bir daha onu göstərir ki, biz mütləq karantin rejimini xaricdən gələn vətəndaşlarımıza tətbiq etməli və müvafiq müayinələrdən sonra onların evə buraxılmasını təmin etməliyik".