Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:
"Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılmışdır".