Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər oktybarın 3-də Avropa Parlamentində Azərbaycandakı seçkilərlə bağlı təşkil olunacaq dinləmələrdə iştirak edəcək.
İ.Qəmbər həmçinin Avropadakı mühacir azərbaycanlılardan ibarət Demokratik Azərbaycan Hərəkatının oktyabrın 3-də Brüssel şəhərində keçirəcəyi Cəmil Həsənliyə dəstək mitinqə də qatılacaq.
Xatırladaq ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat nümayəndəsi Oqtay Gülalıyev isə bir qədər öncə verdiyi açıqlamasında Brüsselə kimin gedəcəyi haqda yekun qərarın verilmədiyini demişdi.