""Exit poll” keçirmək istəyən təşkilatların maliyyə mənbələri açıqlanmalıdır”. Bu sözləri MSK üzvü Akif Qurbanov "exit poll" keçirmək istəyən təşkilatların maliyyə mənbələrinin açıqlanması məsələsinə münasibət bildirərkən deyib.

"Maliyyə mənbələrinin şəffaf olması vacibdir. Ola bilər ki, onlar təxribatçı və ya cinayətkar qruplar tərəfindən maliyyələşə bilər. Bunu nəzərə almaq lazımdır”.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, exit poll keçirən təşkilatın hardan maliyyələşməsini müəyyənləşdirmək bizim məsuliyyətimiz deyil.