Prezident Ərdoğanın  siyasi müttəfiqi Dövlət Baxçalının lideri olduğu MHP-də gözlənilməz prosesə start verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbul şəhər Təşkilatı və ona bağlı olan 39 rayon şöbələri bir əmrlə ləğv edilib.

Bu barədə yayılan xəbəri MHP sədrinin müavini  Semih Yalçın təsdiqləyib: “Milliyyətçi Hərəkat Partiyasının İstanbul Şəhər Təşkilatı və ona bağlı olan 39 Rayon Şöbəsi partiya nizamnaməsinin 34-cü maddəsinə uyğun olaraq, tam şəkildə ləğv olunaraq buraxılıb”.

Sədr müavini deyib ki, təşkilat yenidən formalaşdırılacaq.

Hüseyn Namazov
MİA.AZ