Rusiyada son sutka ərzində daha 5642 nəfər koronavirusa yoluxub.
Mia.az xəbər verir ki, Rusiya Operativ Qərargahının məlumatına əsasən, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 52 763 nəfərə çatıb.
Son sutka ərzində 51 nəfərin öldüyü bildirilib: "Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 456-ə çatıb. Sağalanların sayı 3873 nəfərdir".