Rusiyada son sutka ərzində daha 5236 nəfər koronavirusa yoluxub.
Mia.az xəbər verir ki, bununla da Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 57 999 nəfərə çatıb.
Son sutka ərzində 57 nəfərin öldüyü bildirilib: "Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 513-ə çatıb. Sağalanların sayı 4420 nəfərdir".