Dünyada koronavirusdan ölənlərin sayı 146 min nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2,16 milyon nəfəri ötüb.
Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə virusa ümumilikdə 2 160 207 yoluxma qeydə alınıb, 146 088 insan ölüb.
Son gün ərzində dünyada yoluxanların sayı 85 678 nəfər, ölənlərin sayı 6 710 nəfər artıb/Report.