Malyariya dərmanı olan klorokin difosfatın COVID-19-un müalicəsində təsiri araşdırılan klinik təcrübədə iki xəstə dərmanın yan təsirlərindən dünyasını dəyişib.

“Report” “Live Science”a istinadən xəbər verir ki, hadisə Braziliyanın Amazon ştatının Manaus Tropik Tibb İnstitutunda baş verib.

Məlumata görə, yüksək dozada verilən dərman nəticəsində təcrübə altında olan bəzi iştirakçıların ürəkdöyünməsində anormallıq müşahidə edildiyi halda 2 xəstə sərt ürəkdöyüntüsündən ölüb.

Qeyd edilir ki, yan təsirlərlə əlaqədar sınaqların aparılması planlaşdırılan 440 xəstə üzərində daha aşağı dozada dərmandan istifadə ediləcək.