Dünyada koronavirus qurbanlarının sayı 120 434 nəfərə çatıb.

“Report” xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (23 649), İtaliya (20 465), İspaniya (17 756) və Fransada (14 967) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 1 933 000-i ötüb.

Eyni zamanda bu günədək 456 539 nəfər koronavirusdan sağalıb.