Ukraynada koronavirusa yoluxanların sayı 3 372 nəfərə çatıb.

Mia.az xəbər verir ki, son sutkada ölkədə 270 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, indiyədək 98 nəfər infeksiyanın qurbanı olub.

Bildirilib ki, yoluxma faktlarının əksəriyyəti paytaxt Kiyevdə aşkarlanıb.