Rumıniyada son sutkada 246 nəfər koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Nazirlər Kabineti yanında koronavirusla bağlı şərait üzrə Strateji Əlaqə Qrupu yayıb.
Runıniyada yoluxanların sayı 6 879 nəfərə, virus qurbanlarının sayı isə 332 nəfərə çatıb.
Ölkə prezidenti Klaus Yoxannis martın 16-dan fövqəladə vəziyyət elan edib.