Dünən koronavirusla bağlı karantinə alınan Müstəqil Türkiyə Partiyasının (Bağımsız Türkiyə Partiyası) sədri, eyni zamanda, "Məltəm" TV-nin sahibi Haydar Baş vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,  Trabzonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, aprelin 13-də o və ailə üzvlərindən 8 nəfər koronavirusla bağlı karantinə alınmışdı.