Gürcüstanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 296 nəfərə çatıb. Onların 68-i sağalıb, 3-ü isə ölüb.

Karantində 4 834, stasionar nəzarətdə isə 434 nəfər saxlanılır/Report.