Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

"Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb".