Dünyada koronavirus qurbanlarının sayı 99 min nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilat qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 610 909 nəfər təşkil edir. Virusa yoluxmuş 99 690 nəfər vəfat edib.

Hazırda virusa ən çox yoluxma əvvəlki kimi Avropada (839 257) qeydə alınıb/Report.