"Bu gün 3 aylıq ərzaq tədarükümüz var. Hətta özümüzü 6 aya kimi sığortalamışıq".
Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov brifinqdə deyib.
O bildirib ki, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı da verilib: "Bu da ölkəni ərzaqla təmin edəcək. Müəyyən dalğalanma ola bilər və bu da indiki vəziyyətlə əlaqəli ola bilər".