Xankişi Kişiyev,

Əməkdar Mühəndis

***

Hörmətli Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən  xidmətlərin şəfaflığını və rahaliğını təmin etmək məqsədi ilə bir sıra lahiyələr (ASAN, E-Hökümət, E-təhsil və s) həyata keçirilib.  Bürokratiyanı kim və niyə yaradır?

 İşləmiyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron saytında işsiz kimi qeydiyyatdan keçməkdə çətinliklərlə qarşılaşırlar.  Kütləvi xidmət sahələrində elektron saytlar hazırlanarkən mövcud qayda və qanunlar nəzərə almadan xidmət göstərdikləri müştərilər və mövcud şərait nəzərə alınmır. Bəzi hallarda kütləvi xidmət sahəsində hazırlanan elektron saytlarda vətəndaşların mənafei (əhalini) deyil, sayt sahiblərinin, o cümlədən dövlət qurumlarının  mənafei (maraqları) əsas götürülür.

Analoji fakt: Tutaq ki, vətəndaş hər hansı bir məmurun qəbuluna gedir və şəxsiyyətini təsdiq edən sənəd olaraq şəxsiyyət vəsiqəsini təqdim edir. Amma bu məmur onu qəbul etmir və qəbul üçün mobil nömrəni, həmçinin mobil nömrənin onun adına olub-olmamasını təsdiq edən sənəd istəyir. Və ya ondan soruşduğu mobil nömrənini müvafiq orqanda  olan mobil telefon nömrələri haqqında olan elektron məlumatlar bazası ilə yoxlayır, nömrə ona aid deyilsə, o vətəndaşı qəbul etmir. Əcaba, bu, nə qədər qanuna uyğundur? 

Bu analoji hadisə , bürokratik əngəl olub işləməyən vətəndaşlarımıza elektron variantda operativ və şəfaf xidmətin təşkilinə ciddi maneədir.

Təcrübəmdən: belə analoji problemlərlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) Baş direktor müavini vəzifəsində çalışarkən üzləşdim. Bakı şəhərində vətəndaşlarımıza elektron vasitələrlə telefon çəkilişi prosedurunun təşkilində vətəndaşdan BTİB-in saytında qeydiyyatdan keçməsi üçün eyni qaydada şəxsiyyət vəsiqəsi PİN kodundan başqa, mobil telefon nömrəsi və ya mobil nömrə əvəzində sürücülük vəsiqəsinin nömrəsi tələb olunurdu. Belə prosedur vətəndaşlar üçün ciddi problem yaradırdı. 

O dövrdə İKT sahəsində peşəkar mütəxəsislərdən biri mənə telefon çəkilişi üçün müraciət etdi. Ona bu proseduru elektron variantda həyata keçirməsini tövsiyə etdim. Sonradan mənə məlum oldu ki, o, elektron qaydada müraciətini qeydiyyatdan keçirmək üçün iki saat vaxt sərf edib. Belə çıxırdı ki, İKT üzrə müəyyən biliklərə sahib olmayan şəxslərin belə prosedurla elektron variantda qeydiyyatdan keçmələri daha çətindir. yaxud mümkün deyildi.

Maraqlar:  bu, əhalinin deyil, korparativ şəxsi maraqlar üçün qurulmuş, amma tərəqqinin qarşısını alan hadisə idi. 

Beləliklə, nəticədə vətəndaşlar telefon çəkilişi üçün elektron variantda qeydiyyatdan keçə bilməyib, məcbur olub Telefon Qovşaqlarına gedirdilər. Vətəndaşların Telefon qovşaqlarına gəlməsinə qovşaq rəhbərləri və rəisləri maraqlı olduğundan həmin anormal proseduru ləğv edə bilmədim. Vətəndaşların çoxsaylı haqlı müraciəti ilə əlaqadar Məlumat Hesablama Mərkəzinə və işə "cavabdeh" şəxslərə müraciətim heç bir nəticə vermədi. Vətəndaşları qovşağa dəvət edib, qovşaqda onların müraciətini elektron variantda sistemə daxil etməklə (perepiska) nazirliyə gündəlik yüzlərlə elektron variantda telefon çəkilişi haqqında məlumat verirdilər.

Halbuki, vətəndaşın şəxsiyyətini müəyyən edən tək sənəd şəxsiyyət vəsiqəsidir. Əlavə hər hansı bir sənədin mobil telefon nömrəsi və ya sürücülük vəsiqəsi və s. sənədlərin tələb olunması əsasızdır. 

"Koronovirus" karantin müddətində vətəndaşlarla dövlət orqanları arasında elektron vasitələrlə olan münasibətlərin tam sadələşdirilməsi və vətəndaşların elektron variantda qeydiyyatdan keçmələri üçün şəxsiyyət vəsiqəsi məlumatları yetərli olub, hər hansı başqa məlumat tələb etmək əsasızdır.

Hal-hazırda mobil nömrə haqqında məlumat tələb etmək yanlışdır!

“Adınıza olan mobil nömrənizi daxil edin.” – yanlış tələbdir.

 İşləməyən vətəndaşın adına mobil telefon yoxdursa, nə etməlidir? Vətəndaşların istifadə etdiyi telefon onun adına olmazsa, nə etməlidir? Telefonu olmayan vətəndaş deyilmi? Nəzərə alsaq ki, işləməyən vətəndaşların bir qisminin internet və kompüteri yoxdur…!

Qeydiyyatdan yalnız şəxsiyyət vəsiqəsi ilə FİN kodu ilə həyata keçməlidir.

Köhnə və yeni şəxsiyyət vəsiqələrinin üzərində FİN kodlar

Qeydiyyatdan keçmək üçün  şəxsiyyət vəsiqəsində göstərilən FİN koddan başqa məlumat tələb etmək əsasızdır.

Mia.az