Vahid Tağıyev,
İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini
***
Məlum olduğu kimi, Azərbaycan tarıxındə ağsaqqallıq həmişə milli- mənəvi dəyərlərimizin əsas daşıyıcısı, atributlarından biri kimi qəbul edilib.
Ağsaqqallar cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi cıxış edib, insanların yanlış hərəkətlər etməsinə mane olub. Hər bir ailənin, məhəllənin, kəndin və daha böyük yaşayış məskənlərinin sözünə, fikirlərinə hörmət etdiyi ağsaqqalları olub. Nəticədə cəmiyyətdaxili qarışıqlıqlar, ailədaxili münaqişələr, habelə cinayətlər daha az olub. Orta və yaşlı nəsil bunların canlı şahididir.
Biz güzgüyə baxıb görünüşümüzü səliqəyə saldığımız kimi hərəkətlərimizi də ağsaqqalların münasibəti, hətta bizə diqqətli bir baxışı ilə səhvlərimizi düzəltmiş, nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etmişik.
Məlum olduğu kimi Kitabi Dədə Qorqud dastanlarında, Azərbaycanın qədim nağıl və rəvayətlərində xeyirxah ağsaqqal obrazı təsvir olunur. Bu mənbələrdə ağsaqqal təcrübəni, bitkinliyi və müdrikliyi özündə ifadə edib. Bu dəyərlərə müasir real həyatımızda da zamanla şahid olmuşuq.
Son on illiklərdə Qloballaşma prosesi və sürətli elmi-texniki inkişaf bəzi milli-mənəvi dəyərlərdən uzaqlaşmağa, o cümlədən ağsaqqalların da nüfuzuna mənfi təsir etmişdir. Cəmiyyətdə bu halın baş verməsinin narahatlıqla dilə gətirilməsilə də qarşılaşmışıq.
Məlum olduğu kimi müasir Azərbaycanın qurucusu və yaradıcısı Dahi Lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi xalqımızı və dövlətimizi daim irəliyə aparan, istiqamətverici, tükənməyən bir məktəbdir. Bütün başqa sahələr kimi milli- mənəvi dəyərlərimizin qorunması, o cümlədən gündəlik həyatımızda ağsaqqala hörmətlə yanaşılmasını Ulu Öndər daim diqqətdə saxlayırdı.
Heydər Əliyevin "Ağsaqqal milli-mənəvi dəyərlərimizin qızıl fondudur" kəlamı şərəfli ömür yaşamış müdrik insanlara böyük dəyərinin bariz nümunəsidir.
Bildiyimiz kimi həyatda insanlar aradında Ağsaqqalı bizim adət etdiyimiz prosedurlarla seçmirlər. Yaşının artması, saqqalın ağarması fiziki bir prosesdir. Sayılıb, seçilən ağsaqqallar tədricən, zaman- zaman, dünyanın bərkindən- boşundan keçərək, ədalətli mövqeinə, əməllərinə görə fərqlənib nüfuz sahibi olur.
Ölkəmizdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən sayılan ağsaqqallıq institutu yenidən formalaşması sürətlə gedir. Bu, dəyərlərimizin qorunması, inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura son illərdə nəzərəçarpacaq inkişaf mərhələsi keçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağsaqqallara yüksək səviyyədə qayğı və diqqət göstərir.
Yaxın günlərdə -1 noyabr 2024- cü il tarixində İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş yarımillik hesabat konfransı təntənəli şəraitdə keçirildi. Verilən hesabat və çıxışlarda rayon ağsaqqallar şurasının sədri Saleh Səmədovun rəhbərliyi və nüfuzu sayəsində çox böyük işlərin görüldüyü konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Əminik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımız, o cümlədən İmişli rayonunun ağsaqqalları üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəkdir!
Bu şərəfli yolda ağsaqqallarımıza uğurlar arzulayırıq!
Mia.az