Aqil ƏLƏSGƏR,
YeniÇağ saytının rəhbəri
***
Açığı bu barədə heç amma heç yazmaq istəməzdim. Ancaq üzümü başda illərlə Neftçalanın ağsaqqal, mübariz, mövqeyi olan biri kimi tanıdıqlarıma, sonra burada biVəfadan çox bivəfalıq edən, illərin duz-çörəyini bir cüt azad olmaq istəyən məməyə qurban verənlərədir: Dəydimi? Vicdanınız sızlamadımı?
Mən Vəfa Nağının hələ dörd il əvvəl bloka atdığı adamlar siyahısındayam. Səbəbi də onun rəşadətli ordumuz Qarabağ uğrunda vuruşarkən, bu axçinin erməni qohumları üçün arxa cəbhə yaradıb, “no war”çılıq etməsinə qarşı mövqeyimi bildirməyim idi.
Feminizm-filana heç toxunmuram, mən bunun və bunun kimilərin vətənə xəyanətinin cəzasız qalıb, rol modelinə çevrilməyindən narahatdım və haqlı olduğumuz məqam da özünü gecikdirmədi.
Dünən Tiflisdə ermənilərlə birlikdə Azərbaycana qarşı qarayaxma kampaniyasının öncüllüyünü etdi maskalanaraq. Hər nə qədər qara maskanın arxasına gizlənsə də, xəyanətkar gözləri onu ələ verdi. Cəmi bir neçə ay öncə mübariz Azərbaycan qadını modeli kimi təbliğ olunan bu axçi əvvəlki mövqeyini bir daha sərgilədi.
Əslində biVəfanın bu mövqedə olduğunu bilir və söyləyirdik. Sözüm ona “bacım”, “qızım”, “namusum” deyib bu axçiyə görə 30-40 illik duz-çörəyi tapdalayanlaradır: Heç utanırsınız?
O qədər namizəd arasında yaşınızdan-başınızdan utanmayıb dəstək olduğunuz axçi dörd il əvvəlki xainliyini davam etdirir. O xaini mələyə-qəhrəmana çevirdiyiniz üçün küçəyə-çayxanaya necə çıxacaqsınız? Şəhidlər Xiyabanının önündən hansı üzlə keçəcəksiniz?!
Və ayrıca Azərbaycanın təhlükəsizlik orqanlarını bu və bunun kimiləri ölkədə bəsləyən məmur çevrəsini də araşdırmağa dəvət edirəm.
Hər şeyi Qərbin üstünə atıb, içimizdə böyüyən F tipli təhlükəni görməzdən gəlmənin sonu heç də yaxşı olmayacaq…
MİA.AZ