Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs koronaviusa yoluxub
Mia.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Dilan sosial şəbəkədəki səhifəsində paylaşım edib: “Ağrılar, dad, duyğu qabiliyyətimi itirdiyimdən analiz verdim və COVİD-19-a yoluxduğum təsdiqləndi”
Bildirilib ki, onun sevgilisi Levent Dörter də koronavirusa yoluxub. O, ongünlük müalicədən sonra ötən həftə sağalaraq evə buraxılıb.