Xalq yazıçısı Natiq Rəsulzadə Xalq artisti Rasim Balayevlə vida mərasimində başına gələn hadisədən yazıb.
Mia.az Yenicag-a istinadlaxəbər verir ki, N. Rəsulzadə bu barədə sosial media hesabında paylaşım edib.
Yazıçı oturduğu yerdən qalxmaq məcburiyyətində qaldığını bildirib:
“Boş yerlərin birində əyləşmişdim ki, birdən üstümə iki qız cumdu… Hər ikisi, görünür, məmur idi.
– Yox, yox, burada oturmayın! – deyə isterik, amma alçaq səslə çığırışdılar. – Yerinizi dəyişin! Burada nazir müavininin köməkçisinin köməkçisi əyləşəcək, yanında isə müavinin müavini”.
“Aman Allahım, sən özün bizi qoru!” – Xalq yazıçısı qeyd edib.