Ermənistanda son sutkada 34 nəfərdə koronavirus qeydə alınıb.
Bunu ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəz açıqlayıb.
“Ermənistanda koronavirusa 770 yoluxma faktı qeydə alınıb. Onlardan 43-ü sağalıb. 7 nəfər isə ölüb”, - qurumdan bildirilib.
Məlumata görə, ölkədə hazırda 720 aktiv koronavirus xəstəsi var/Report.