Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 130-a yüksəlib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Koronavirusa yoluxanların 23-ü sağalıb. Karantində 5 437, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır.

Hazırda ölkədə 107 aktiv koronavirus xəstəsi var/Report.