Cenevrədə BMT strukturunun doqquz əməkdaşında koronavirusa yoluxma təsdiq edilib.

TASS xəbər verir ki, bu barədə ümumdünya təşkilatının Genevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi çərşənbə axşamı jurnalistlərə bildirib.

"Martın 30-a olan məlumata görə, BMT-nin Cenevrədəki bölməsinin personalı arasında koronavirusa doqquz yoluxmanı təsdiq edib", - o, qeyd edib/Report.