İctimai televiziyada prezidentliyə namizədlərin beşinci debatı başlayıb.Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Teleradio pulsuz efir vaxtının bölgüsünü - həftəlik ümumi həcmi 6 saat olmaqla, həftənin 1, 3 və 5-ci günləri saat 21:00-da radioda, həftənin 2, 4 və 6-cı günləri isə saat 19:00-da televiziyada hər dəfə 1 saat olmaqla təmin edir. Efir vaxtı qeydiyyata alınan bütün namizədlər arasında bərabər bölünür (hər namizəd üçün 6 dəqiqə).
Mərkəzi Seçki Komissiyası 10 nəfərin namizədliyini qeydə alıb.
Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.